Rəhbərlik

Babayeva Solmaz Əliabbas qızı

Babayeva Solmaz Əliabbas qızı – 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnustitunun “Əzcaşılıq” fakültəsini bitirmişdir. 2000-ci ildən kollecdə müəllim, 2004-cü ildən ümumi tibb fənn birləşmə komissiyasının sədri, 2016-ci ildən isə “Tibb bacısının işi” ixtisasının şöbə müdiri vəzifəsində çalışır. Dərs dediyi tələbələrə , təhsil prosesi iştirakçılarının hər birinə öz davranışı ilə nümunə göstərir, bir çox məsələlərdə kömək istəyən tələbə və müəllimlərə verdiyi xidməti özünün peşəkar və mənəvi borcu bilir və onların göstərdiyi bu etimadı həmişə doğruldur.

Həsənova Natavan Orucəli qızı

Həsənova Natavan Orucəli qızı – 1997-ci ildə Semipalatinsk Tibb akademiyasının “Pediatriya” fakültəsini bitirmişdir. 2010-cu ildən müəllim, 2012-ci ildən kollecdə “Mamalıq işi” şöbəsinin müdiri vəzifəsində çalışır. O, tələbələrin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yol göstərəni və bələdçisidir.

Babayeva Tohidə Müzəffər qızı

Babayeva Tohidə Müzəffər qızı – 1991-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsini bitirmişdir. 2004-cü ildə kollecdə müəllim, 2010-cu ildən isə təkmilləşdirmə kursunun rəhbəri vəzifəsində çalışır. Kollecə müraciət edən təkmilləşdirmə kursunun dinləyiciləri, feldşer və tibb bacıları ilk dəfə onun səmimi münasibəti, sorğulara dəqiq və mükəmməl cavabları ilə qarşılaşır və razı qalırlar. Təkmilləşdirmə kursunun proqramına daxil olan fənnlər üçün əhatəli mühazirə mətnini müşayiət edən sxemlərin, qrafiklərin, slaydların hazırlanmasında, düşündürücü sualların müəyyənləşdirilməsində müəllimlərə yaxından köməklik göstərir.

Talıbov Tarix Əbdülhəsən oğlu

Talıbov Tarix Əbdülhəsən oğlu 2000-ci ildən kollecin Mülki Müdafiə Qərargahının rəisi Talıbov Tarix Əbdülhəsən oğlu da Respublikamızın suverenliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır. Qarabağ uğrunda döyüşlərdə xüsusi fərqləndiyinə görə o, Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cu il tarixli fərmanı ilə “Hərbi xidmətə” görə medalı ilə təltif olunmuşdur.

O eyni zamanda kollecdə “Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti” fənnini tədris edir. Tələbələrə mülki müdafiə və tibbi yardım bacarıqlarının formalaşdırılması, onların hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları, onlardan Sılahlı Qüvvələrdə xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradır, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri aşılayır.