Lənkəran Tibb Kolleci

1936-cı ildə Lənkəran şəhərində fəaliyyətə başlayan Rayonlararası Tibb Bacıları Məktəbi bu gün zəngin tarixi ənənələrə malik müasir kollecdır. Uzun illər ərzində minlərlə ixtisaslı tibb işçisi hazırlayan kollec hazırda kredit sistemi ilə tədris aparır, məzunlarına “Subbakalavr” dərəcəsi verir və müasir texnologiyalarla təchiz olunmuş təhsil mühiti təqdim edir.

Kollecə qəbul

Kollecə qəbul orta təhsil haqqında attestat əsasında həyata keçirilir. Qəbul üçün tələb olunan əsas sənədlərə şəxsiyyət vəsiqəsi, tibbi arayış, fotoşəkillər və digər zəruri sənədlər daxildir.

Qanunvericiliyə uyğun olaraq məcburi köçkünlər, şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum abituriyentlər və digər sosial həssas kateqoriyalara aid olan tələbələr təhsil haqqından azad edilirlər.

👉 Ətraflı məlumat və sənədlərin tam siyahısı üçün

İxtisaslar

Tibb bacısl (qardaşı) işi

Tibb bacısı (qardaşı) işi ixtisası xəstələrə tibbi qulluq göstərən, müalicə prosesində iştirak edən mütəxəssislər hazırlayır.

Mamalıq işi

Mamalıq işi ixtisası hamiləlik və doğuş dövründə qadınlara tibbi yardım göstərən orta tibb işçiləri hazırlayır.

Əczaçılıq

Əczaçılıq ixtisası dərman vasitələrinin hazırlanması, saxlanması və düzgün istifadəsi sahəsində bilikli kadrlar yetişdirir.

Tələbə sayı
0
Müəllim sayı
0
Texniki işçi sayı
0
Saathesabı
0
Buraxılış sayı
0