Kollecə qəbul
Kollecə qəbul
1. Orta təhsil haqqında attestat (əsli)
2. Şəxsiyyət vəsiqəsi və surəti (3 nüsxə)
3. Sağlamlıq haqqında tibbi arayış
4. 4 ədəd rəngli fotoşəkil ( ölçü 3×4)
5. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün)
6. Yaşayış yerindən arayış
7. Polietilən qovluq (1ədəd)
Hansı tələbələr təhsil haqqından azaddır:
1. Məcburi köçkün statusu olan tələbələr:
Direktorun adına ərizə;
Şəxsiyyət vəsiqəsi;
2. Şəhid ailəsinin üzvü olan tələbələr:
Həyat yoldaşı
valideynləri
18-23 yaşınadək uşaqları (əlilliyi 18 yaşından yuxarı əlilliyi olan övladları)
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
Tələb olunan sənədlər:
Direktorun adına ərizə;
Şəxsiyyət vəsiqəsi;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK-in arayışı) sənədin surəti;
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin ölüm haqqında şəhadətnaməsinin notaial qaydada təsdiq olunmuş surəti;
Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti;
Ailə tərkibi haqqında arayış.
4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər
Tələb olunan sənədlər:
Direktorun adına ərizə;
Şəxsiyyət vəsiqəsinin surəti;
Vəfat etmiş valideynin ölüm şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti – 2 ədəd;
Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK);
Ailə tərkibi haqqında arayış.
5. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar
Tələb olunan sənədlər:
Direktorun adına ərizə;
Şəxsiyyət vəsiqəsinin surəti;
I və II qrup əlilliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayış (TSEK);
Ailə tərkibi haqqında arayış.

